Bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan özünün "Facebook" hesabındaməlumatyayıb. O bildirib ki, ikigünlük səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Trampla İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparacaq.
Eyni zamanda, Bakı-İrəvan sülh danışıqlarının cari vəziyyəti ətrafında Azərbaycan Prezidenti İlham Əliyevin də qoşulacağı üçtərəfli görüş baş tutacaq.
Xatırladaq ki, İlham Əliyev ilə Nikol Paşinyan axırıncı dəfə iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görüşərək sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi ilə əlaqədar razılığa gəliblər.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta