AZ

Saba Qoqliçidze “Udineze”də

Futbol üzrə Gürcüstan milli komandasının mərkəz müdafiəçisi Saba Qoqliçidze “Empoli”dən ayrılaraq İtaliyanın digər klubu “Udineze”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə Udine klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı oyunçu ilə 5 illik (2030-cu ilin yayına qədər) müqavilə imzalanıb. Bu keçid “Udineze”yə 4 milyon avroya başa gəlib.

Saba Qoqliçidze Gürcüstanın “Torpedo” (Kutaisi) klubunun yetirməsidir. O, 2024-cü ilin yanvar ayında İtaliyanın “Empoli” klubuna transfer olunmuşdu. Gənc futbolçu A Seriyası təmsilçisinin heyətində 36 oyuna 1 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi Gürcüstan milli komandasında da 3 oyun keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
107
arena.az

1Mənbələr