AZ

Ribeyro “Neftçi”nin düşərgəsində, cavab oyununda “Araz Naxçıvan”a kömək etməyəcək

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Neftçi"nin "Araz-Naxçıvan" klubundan heyətə cəlb etdiyi İqor Ribeyro bu gündən "ağ-qaralar"ın düşərgəsində olacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, braziliyalı müdafiəçi artıq məşqlərə qoşulur. UEFA Konfrans Liqasında II təsnifst mərhələsinin "Aris"lə cavab matçında qırmızı vərəqə alan oyunçu bir oyunluq cəza alıb. Buna baxmayaraq Ribeyro Naxçıvan təmsilçisinin Kiprin "Omoniya" kollektivi ilə cavab görüşündə də meydana çıxmayacaq."Neftçi" yeni transferinin heyətə qoşulmasının tərəfdarı olub.Qeyd edək ki, Ribeyro yay transfer dövründə "Neftçi" ilə müqavilə bağlasa da, klublararası razılaşmaya əsasən, o, avqustun 1-dək "Araz-Naxçıvan"a Konfrans Liqasında kömək etməli idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
sport24.az

2Mənbələr