AZ

"Qalatasaray" PSJ-nin qapıçısını almaq istəyir

BAKI, 6 avqust. TELEQRAF

"Qalatasaray" klubu PSJ rəhbərliyi ilə əlaqə saxlayıb və rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı danışıqlar aparır.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, mümkün sövdələşmənin təfərrüatları hələlik açıqlanmayıb.

Safonov 2024-cü ilin iyulundan Fransa klubunun heyətində çıxış edir. Qolkiper Paris klubunun heyətində Çempionlar Liqasının, çempionluğun, Fransa kubokunun və Superkubokunun qalibi, həmçinin klublararası dünya çempionatının gümüş mükafatçısı olub.

Seçilən
14
teleqraf.com

1Mənbələr