AZ

ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvadadır

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvadadır.

 
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, Stiv Uitkoffu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.
 
01:00
 
Göyərtəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə ABŞ-dən Rusiya istiqamətində havaya qalxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
 
"Bloomberg"in məlumatına görə, Moskva Ukrayna ilə hava atəşkəsi bağlamaq imkanlarını nəzərdən keçirir.
 
Bu addım Trampın Rusiyaya qarşı sanksiyaların tətbiqinin qarşısını almaq üçün güzəşt ola bilər. Eyni zamanda, "Bloomberg" danışıqların müsbət nəticəsi ilə bağlı gözləntilərin aşağı olduğunu vurğulayır.
 
Xatırladaq ki, Tramp Rusiyaya Ukraynada atəşi dayandırmaq üçün avqustun 8-dək vaxt verib. Əks halda, o, Rusiyadan neft məhsulları alan ölkələrin mallarına üçrəqəmli rüsum tətbiq edəcəyini vəd edib.
Seçilən
94
moderator.az

1Mənbələr