AZ

Suyun keyfiyyət göstəricilərinin ölçülməsi və nümunə götürülməsi üçün avadanlıq alınır

Suyun keyfiyyət göstəricilərinin ölçülməsi və nümunə götürülməsi üçün avadanlıq və materiallar alınır.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti tender elan edib.

 

Satınalmanın dəyəri 48 958 AZN-dir. Alınacaq avadanlıqların siyahısına rəqəmsal su termometrləri, nümunə toplama konteynerləri, su nümunəsi götürmə qabları, Çay sularında suyun surətini ölçən cihazlar daxildir.

 

Cabir

Tarix: 6 Avqust 2025, 08:47   
Seçilən
89
pravda.az

1Mənbələr