AZ

Gəncə şəhər rəhbərliyi Hacıkənd qəsəbəsində sakinlərlə görüşmüşdür

Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirmişdir. 

ŞİH-in məsul əməkdaşlarının, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə vətəndaşlar işlə təminat, maddi yardım, su xəttinin bərpası və digər məsələlərlə bağlı müraciətlər səsləndirmişlər. Niyazi Bayramov sakinlərin qaldırdıqları problemlərin qısa zamanda həlli üçün aidiyyəti təşkilatlara tapşırıqlar vermişdir. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınmışdır.

"Azərbaycan"

Seçilən
50
azerbaijan-news.az

1Mənbələr