
Yaponiyanın baş naziri Şiqeru İşiba Xirosimaya atom bombasının atılmasının 80 illiyi ilə əlaqədar keçirilən mərasimdə çıxış edərkən 1945-ci il avqustun 6-da şəhərə atom bombası atan ölkənin adını açıqlamayıb.
Reyting.az xəbər verir ki, bu barədə xarici KİV-lər yazıb.
“80 il əvvəl bu gün atom bombası partladı. 100 mindən çox qiymətli insan həyatını itirdiyi və sağ qalanlar üçün isə ağır, dözülməz günlərin başlandığı güman edilir”,- deyə İşiba bildirib.
ELÇİN