AZ

Serbiya Prezidenti Belqradda İtaliyanın Baş naziri ilə görüşüb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Belqrad, 6 avqust, AZƏRTAC

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda işgüzar səfərdə olan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç səfəri etimad və ümumi baxış mesajı kimi qiymətləndirib. O, İtaliyanın Serbiyaya, xüsusilə də ölkənin Avropaya inteqrasiyasına verdiyi prinsipial dəstəyinə görə, Ciorcia Meloniyə təşəkkürünü bildirib.

Vuçuç İtaliyanın Belqradda keçiriləcək “EXPO 2027” sərgisində iştirakının iki ölkə arasında dostluq, tərəfdaşlıq və etimadın ifadəsi olduğunu vurğulayıb.

Aleksandar Vuçiç deyib ki, Serbiya İtaliya ilə münasibətləri təkcə siyasi tərəfdaş kimi deyil, həm də dəyərlərini, ənənələrini və istəklərini anlayan əsl dost kimi yüksək qiymətləndirir.

“Serbiya və İtaliya bütün regionun inkişafı və sabitliyi yolunda çiyin-çiyinə dayanır”, - deyə o qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
26
azertag.az

10Mənbələr