futbolpress-az saytına istinadən ain.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyada “Şkendiya”ya qalib gəlib – 1:0.
Görüşdən öncə rəqibin II təsnifatda özündən daha güclü FCSB-nı hər iki oyunda məğlub etməsi matçın gərgin keçəcəyindən xəbər verirdi. “Qarabağ” oyuna daha sürətli başlayıb, erkən qol axtarışına çıxmışdı. Rəqibi təzyiq altında saxlamağı bacaran Azərbaycan çempionu istəyinə 20-ci dəqiqədə çatdı. Penaltidən fərqlənən Toral Bayramov komandanı önə keçirdi və nisbətən rahatlıq yaratdı. Bundan sonra da hücumlar edən “Qarabağ” bu mövsüm bəlkə də, ən çox qol epizodu yaratdığı görüş keçirdi. Bir neçə dəfə Zubir, Nəriman Axundzadə fərqlənmək imkanı tapsa da, topu çərçivəyə göndərə bilmədi. Xüsusilə oyunun sonlarında qaçırılan epizodlar komandada bitirici hücumçu zərurətini yenidən ortaya çıxardı.
“Şkendiya” da öz növbəsində “Qarabağ”a basqı qura bildi. Oyunun ikinci hissəsində bir neçə dəfə təhlükəli epizod yaradan makedonlar fərqlənmək imkanı tapsalarda, qapıçı Mateuş Koxalski yaxşı oyunla rəqibə imkan vermədi.
İlk oyunda minimal hesablı qələbə “Qarabağ” üçün əlavə üstünlükdür. Buna baxmayaraq, hesab sürüşkəndir və “Şkendiya”nın Bakıda vuracağı bir qol oyunu gərginləşdirə, tələsklənliyə yol aça bilər. Buna baxmayaraq, “Qarabağ”ın yaratdığı epizodlar, sərgilədiyi futbol pley-off üçün ümid verdi.
Komandalar arasındakı cavab görüşü avqustun 12-də olacaq.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.