Amerikalı aktyor Bred Pitt gitaraçı və The Killers rok qrupunun həmtəsisçisi Deyv Kueninqdən 12 milyon dollara Los-Ancelesdə malikanə alıb...
Poliqon xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Malikanə şəhərin bir çox Hollivud ulduzunun evlərinin olduğu prestijli Outpost Estates bölgəsində yerləşir. Pittin əldə etdiyi əmlakın ümumi sahəsi təxminən 779 kvadratmetrdir. Malikanənin altı yataq otağı və pəncərələrdən okeana baxan mənzərə var. Ərazidə üzgüçülük hovuzu, tərəvəz bağçası və manqal sahəsi var.
Deyv Kueninq və həyat yoldaşı dizayner Emili 2021-ci ildə malikanəni 9,6 milyon dollara alıblar. Cütlük evi 2025-ci ilin iyununda 14 milyon dollara satışa çıxarıb.
Poliqon.info