BAKI, 6 avqust. TELEQRAF.
Yaponiya dünyanın nüvə silahından tamamilə imtina etməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şigeru İşiba deyib.
O qeyd edib: “Biz nüvə silahı və nüvə müharibəsi olmayan bir dünyaya nail olmaq üçün hər cür səy göstərəcəyik”.
Baş nazir Yaponiyanın nüvə və qeyri-nüvə ölkələri dialoqa çağırışını davam etdirəcəyini vurğulayıb. İşiba həmçinin bildirib ki, nüvə silahından istifadənin dəhşətli xatirəsi təkcə Yaponiyanın gələcək nəsilləri üçün deyil, həm də bütün dünya xalqları üçün qorunmalıdır.