AZ

Argentina prezidenti: İntellektsiz rəqiblərimi təhqir etməyəcəyəm

BAKI, 6 avqust. TELEQRAF

Argentina hrezidenti Xavyer Miley 100 gün ərzində siyasi rəqiblərini təxminən 611 dəfə təhqir edib.

Teleqraf xəbər verir ki, bu statistikanın dərcindən sonra dövlət başçısı rəqiblərinə yaxşı davranacağına söz verib.

X.Miley bunu Faro Fondunun tədbiri zamanı deyib.

Argentina Prezidenti izah edib ki, vəd hələ “güzəşt” demək deyil. Müvafiq bəyanatdan sonra isə Xavyer Miley rəqiblərini “boş qabıq” adlandırıb.

Dövlət başçısı deyib: "Mən təhqirdən istifadə etməyi dayandıracağam ki, görüm onların ideyaları müzakirə etmək qabiliyyətləri varmı. Çünki, mənim fikrimcə, mahiyyət barədə danışmaq iqtidarında olmayan bu adamlar forma mübahisəsi aparırlar".

Seçilən
24
teleqraf.com

1Mənbələr