Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.
Bildirilib ki, Ekinli məhəlləsində yolda əvvəllər də aralarında mübahisə olan iki ailədən olan 6 nəfər arasında silahlı toqquşma baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər yaralanıb.
Belə ki, yaralılar arasında Mustafa.K və Numan.K xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını itirib. Digər yaralı Murat.K-nın vəziyyətinin ağır olduğu, Emre.K-nın isə həyatı üçün təhlükənin olmadığı bildirilib.