AZ

KİV: Zidan Fransa milli futbol komandasına rəhbərlik edəcək

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə dünya və Avropa çempionu, "Qızıl top" mükafatının qalibi Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra futbol üzrə Fransa milli komandasına rəhbərlik edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə RMC telekanalının jurnalisti Jilber Brisbua məlumat verib.

Qeyd edək ki, yanvarda Fransa Futbol Federasiyası bəyan etmişdi ki, Didye Deşam Kanada, ABŞ və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatından sonra milli komandanın baş məşqçisi postunu tərk edəcək.

Zidanın 53 yaşı var. O, 2016-2018-ci və 2019-2021-ci illərdə İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi olub. Onun rəhbərliyi altında madridlilər 3 dəfə Çempionlar Liqasının, 2 dəfə La Liqa və 2 dəfə İspaniya Superkubokunun qalibi olublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
oxu.az

1Mənbələr