İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) çərşənbə axşamı günün axşam saatlarında Livanın şərqində radikal “Hizbullah” təşkilatının silahlı qanadının komandirlərindən biri Qasem Qarabın avtomobilinə hücumu zamanı onu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə “Janoubia” portalı məlumat yayıb.
Məlumata görə, insident Britel-Baalbek avtomobil yolunda baş verib, pilotsuz təyyarə yerüstü hədəfə üç raket atıb. Ölən komandir “Vahda-1900” təxribat bölməsinə rəhbərlik edib. İsrail PUA-ları bir neçə ay idi ki, onu axtarırdı.