Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün hava atəşkəsi haqda danışıb.
Publika.az xəbər verir ki, videomüraciət onun "Telegram" kanalında yayımlanıb.
Avqustun 5-də "Bloomberg" agentliyi mənbəyə istinadla xəbər verib ki, Rusiya tərəfi Ukrayna ilə qarşılıqlı hava atəşkəsi bağlamaq imkanını nəzərdən keçirir.
Zelenski bu ideyanı tənqid edib. Tam və dərhal atəşkəsin tərəfdarı olduğunu təkrarlayıb.
O əlavə edib ki, Kiyev bir çox müxtəlif atəşkəs formatlarını sınayıb, “səmada sükut” və enerji obyektlərinə zərbələri dayandırmaq variantlarını təklif edib.
"Bütün bunlar ruslar tərəfindən pozulub", - Zelenski deyib.