AZ

Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var

Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda əvvəllər də mübahisə edən iki ailədən olan 6 nəfər arasında silahlı insident olub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, insident zamanı 2 nəfər ölüb, 1-i ağır olmaqla daha 2 nəfər isə ağır yaralanıb.

Ekinli məhəlləsində küçədə əvvəllər mübahisə edən iki ailədən olan 6 nəfər arasında silahlı qarşıdurma baş verib.

Hadisə yerinə təcili yardım və tibb və jandarm əməkdaşları cəlb edilib.

Xəsarət alan 4 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, onlardan ikisi aldıqları xəsarətlərdən ölüblər.

Yaralılardan daha birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyatıüçün təhlükənin olmadığı bildirilir.

Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirən jandarm əməkdaşları, hadisə yerindən qaçan iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.

Seçilən
20
6
report.az

7Mənbələr