AZ

Olimpiya stadionunda uzun fasilədən sonra futbol məşqləri keçirildi - FOTO

BAKI, 6 avqust. TELEQRAF

Bakı Olimpiya Stadionunda (BOS) uzun fasilədən sonra futbol məşqləri keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə arenanın rəsmi səhifəsi məlumat yayıb.

Məlumata görə, UEFA Konfrans Liqasında mübarizə aparan “Araz-Naxçıvan” hazırlığını BOS-un ehtiyat meydançasında keçir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Konfrans Liqasının III təsnifat mərhələsində Kipr “Omoniya”sı ilə qarşılaşacaq. İlk oyun avqustun 7-si “Dalğa Arena”da, cavab matçı isə avqustun 14-də Nikosiyada keçiriləcək.

Seçilən
17
teleqraf.com

1Mənbələr