AZ

Tramp öz varisini açıqladı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vitse-prezident Ceyms Devid Vens qarşıdan gələn prezident seçkisində Respublikaçılar Partiyasının ən çox ehtimal olunan namizəddir.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu barədə danışmaq hələ tezdir. "Amma o, əla iş görür. Vitse-prezident, yəqin ki, indiki məqamda favoritdir", - prezident qeyd edib.

Tramp vurğulayıb ki, prezident vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio kimi başqa iddiaçılar da var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
oxu.az

3Mənbələr