AZ

Diqqət: Bir sosisdə 11 xəstəlik riski var...

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Gündə bir sosis yedikdə bir çox xəstəliklər, həmçinin bağırsaq xərçəngi yarana bilir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Mariya Çaykovskaya gündə kolbasa-sosis yeyənlərə xəbərdar edib.

“Gündə cəmi bir kolbasa və ya sosis yeyirsinizsə, eyni anda 11 xəstəliyin inkişaf riski artır. Bunlar yoğun bağırsaq və ağciyər xərçəngi, hipertoniya, damar iltihabı, ateroskleroz, ürəyin işemik xəstəliyi, demans, şəkərli diabet, piylənmə, böyrək xəstəlikləri və nevroloji xəstəliklərdir”, - həkim bildirib.

Həkimin sözlərinə görə, kolbasaların tərkibində cəmi 15-20 faiz ət var, qalanı isə sakatat, soya və müxtəlif kimyəvi maddələrdir. Eyni şey ən çox bişmiş kolbasalara aiddir. Kolbasa əvəzinə toyuq və ya sadəcə ət seçin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
axar.az

4Mənbələr