AZ

ABŞ 2023-cü ildə “Titan” batiskafının qəzaya uğraması səbəbini açıqlayıb

ABŞ-nin Sahil Mühafizəsi, 2023-cü ildə “Titan” batiskafının qəzasına həsr olunmuş araşdırmada aparatın partlamasına səbəbin "nasaz dizayn" olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sahil Mühafizəsinin Dəniz Tədqiqatları Şurasının (MBI) məlumatına görə, batiskafın qəzaya uğramasının səbəbi həmçinin aparatı istismar edən “OceanGate” şirkətinin səhvi olub.

2023-cü il iyunun 18-də Amerikanın “OceanGate” şirkətinə məxsus “Titan” batiskafı 1912-ci ildə Atlantik okeanında batan “Titanik” gəmisinin qalıqlarına dalma zamanı qəzaya uğrayıb. Göyərtədə olan 5 nəfərin hamısı, o cümlədən iki ekipaj üzvü həlak olub.

Seçilən
19
1
report.az

2Mənbələr