BAKI, 6 avqust. TELEQRAF
ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına böyük rüsumlar tətbiq edib-etməyəcəyinə daha sonra qərar verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp açıqlama verib.
O bildirib ki, addımlar ABŞ təmsilçisi Stiven Uitkoffun Moskvadakı danışıqlarından asılı olacaq.
ABŞ prezidenti həmçinin ölkəsini Ukrayna münaqişəsindən çıxarmaq istədiyini vurğulayıb. O deyib: "Bu, Baydenin müharibəsidir, mənim deyil. Mən bizi bu vəziyyətdən çıxarmaq üçün buradayam. Biz çox çalışırıq. Son beş ayda beş müharibəni dayandırmışam. Bunun altıncı olmasını istərdim".