UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi üzrə ilk oyunda "Şkendiya" evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin məşqçisi Ceton Bekciri matçla bağlı fikirlərini bölüşüb:
"Azarkeşlərə dəstəyinə və yaratdıqları atmosferə görə təşəkkür edirəm. Məncə, bu oyunda diqqətli olmağımız gərəkən o cür vəziyyətdən qol buraxmalı deyildik. Düzünü desəm, həm bizim, həm də "Qarabağ"ın çoxlu şansları var idi. Birinci hissə ilə müqayisədə ikinci hissədə daha yaxşı idik. Hər şeyə rəğmən futbolçularımı təbrik etmək istəyirəm, səhvlərimizi analiz edəcəyik, çünki cavabdeh mənəm. Bakıda şanslarımızı sınayacağıq. Cəmi bir qolla uduzmuşuq, heç nə hələ bitməyib. Mükəmməl oynasaq, evdən uzaqda da yaxşı nəticə əldə edə bilərik".
Qeyd edək ki, cavab oyunu avqustun 12-si saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.