AZ

"Şkendiya"nın baş məşqçisi: "Qarabağ"a utanılacaq hesabla məğlub olmamışıq"

"Şkendiya" "Qarabağ"a utanılacaq hesabla məğlub olmayıb.

"Report" xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq" ,- deyə o, söyləyib.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Seçilən
16
3
report.az

4Mənbələr