AZ

Reuters: Uitkoffun bu gün Rusiya liderləri ilə görüşü gözlənilir

BAKI, 6 avqust. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun avqustun 6-da Rusiya liderləri ilə görüşü gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmisi bu gün Rusiya rəhbərliyi ilə görüş üçün Moskvada olacaq.

Agentlik qeyd edib ki, Vaşinqton administrasiyasının nümayəndələri Amerika lideri Donald Trampın xüsusi nümayəndəsinin iş qrafikinin təfərrüatlarını təqdim etmirlər.

Qeyd edək ki, Tramp bundan əvvəl xüsusi nümayəndəsinin avqustun 6 və ya 7-də Rusiyaya səfər edə biləcəyini bildirmişdi.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr