AZ

Qurban Qurbanov şimali makedoniyalı jurnalisti Bakıya dəvət etdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə "Şkendiya"ya qarşı keçirilən ilk oyundan sonra Şimali Makedoniyadan olan jurnalisti Bakıya dəvət edib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında Ağdam təmsilçisini gözəl matça görə və 12 il ardıcıl avrokubokların qrup mərhələlərinə vəsiqə qazanması münasibəti ilə təbrik edən jurnalisti Bakıdakı cavab görüşündə görmək istədiyini deyib:
"Bizə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Göstərdiyiniz hörmət çox xoş oldu. Sizi Bakıya dəvət edirəm. İmkan olsa Bakıya gəlib, qonağımız ola bilərsiniz".
Seçilən
27
8
football-plus.az

10Mənbələr