Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair ali koordinasiya funksiyasını İdarələrarası Qrup həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Bu qurum hava hərəkətinin təşkilində dövlətin vahid sistemini təmsil edir.
Əsas funksiyası hərbi və mülki aviasiya fəaliyyətləri arasında koordinasiyanı təmin etməkdir.
Bu, hava məkanından təhlükəsiz və optimal istifadəni hədəfləyir.