GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Rusiya ABŞ-a Ukraynaya qarşı müharibədə hava atəşkəsi imzalanmasını təklif edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilib ki, Rusiya Ukraynaya qarşı müharibədə “hava atəşkəsi”ni ABŞ Prezidenti Donald Trampa güzəşt kimi qiymətləndirir. Kreml bununla ikinci dərəcəli sanksiyalar təhlükəsinin qarşısını almaq istəyir.
Həmçinin qeyd edilib ki, Rusiya hələ də Ukraynaya qarşı müharibəni davam etdirmək əzmindədir.
Bildirilirlər ki, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun Rusiya səfəri sonuncuya uğur şansı az olsa belə, Trampla razılığa gəlmək imkanı verir.
Mənbələrdən biri əlavə edib ki, potensial təkliflərdən biri gərginliyin azaldılması jesti olaraq Ukraynaya qarşı pilotsuz təyyarələr və raketlərdən istifadə edərək hava zərbələrinin dayandırılması ola bilər. Lakin Moskva bu addımı o zaman atacaq ki, Ukrayna da analoji saziş imzalasın.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.