AZ

“Oyun ərzində səhvlərimiz çox oldu”- Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qarşı  ilk oyundan sonra fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, səfərdə qələbə qazandıqlarına görə sevincli olduqlarını bildirib:

“Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. “Şkendiya” barəsində anacaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının 2-ci təsnifat mərəhləsində Rumıniya təmsilçisinə qarşı gözəl çıxış etmişdilər. Belə komandaya qarşı səfərdən qələbə ilə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun göstərməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var”.

Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Seçilən
26
21
msport.az

10Mənbələr