AZ

Qurban Qurbanov: Texniki səhvlərimiz oldu

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

“Gözəl oyuna görə futbolçularıma təşəkkür edirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının sonadək mübarizə apardığını bildirib: “Düzdür, səhvlərimiz də oldu. Əsasən də texniki səhvləri qeyd edərdim. Rəqib məğlub olmağı sevməyən komandadır. Bundan əvvəl Rumıniya təmsilçisi FCSB-ni məğlub etmişdilər. Bakıdakı oyunda daha diqqətli olmalıyıq”.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
azertag.az

10Mənbələr