AZ

Fransada baş verən yanğın 4,5 min hektar meşə sahəsini əhatə edib

Bakı. Trend:

Fransanın cənubundakı Od departamentində baş verən meşəyanğınında iki nəfər xəsarət alıb.

Trend-inməlumaıtına görə, bu barədə departamentin sub-prefekti Lyusi Röşbildirib.

"Biri ağır olmaqla iki nəfər yaralanıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti səbəbindən yanğınçox sürətlə yayılır.

Öz növbəsində, mülki müdafiə departamentinin nümayəndəsiAleksandr Juassar bildirib ki, alov artıq 4,5 min hektar meşəsahəsini bürüyüb. Yanğının söndürülməsi üçün 1,25 mindən çoxyanğınsöndürən səfərbər edilib. Yanğının söndürülməsinə bir neçə"Canadair" və "Dash" təyyarələri də cəlb olunub. Xilasedicilərərazidəki bir neçə şəhəri boşaltmağa davam edir.

Seçilən
18
az.trend.az

1Mənbələr