Şəmkirdə ictimaiyyətinin narazılığına səbəb olan ərazidə monitorinq aparılır.
Hakimiyyet.az "Report"a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mobil laboratoriyası tərəfindən Quşçuluq fabriki tərəfindən quş peyini tökülən ərazidə monitorinq həyata keçirilir.
Quşçuluq fabriki tərəfindən Şəmkiri və ətraf kəndləri bürümüş kəskin iyi-qoxu ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür və götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.
İlkin məlumata görə havanın çirklənməsi normadan 4 dəfə artıqdır.
Xatırladaq ki, son günlər fabrikin yerləşdiyi ərazinin ətrafında olan yaşayış məntəqələrində yayılan qoxu ilə bağlı rayon sakinləri aidiyyəti qurumlardan ən qısa zamanda tədbir görülməsini xahiş ediblər.
Şəmkir RİH-nin və əhalinin tələbi ilə qanunvericiliyin tələbinə əsasən yoxlamanın həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunub.