AZ

Baş nazir: Fransa çətin vəziyyətdədir

BAKI, 5 avqust. TELEQRAF.

Fransa çətin iqtisadi vəziyyətdədir, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Fransua Bayru vətəndaşlara özünün YouTube kanalında yayımlanan videomüraciətində bildirib.

Hökumət başçısı bildirib: "Hər saniyə, gecə-gündüz Fransanın borcu 5000 avro artır".

Onun sözlərinə görə, ölkənin dövlət borcu artıq 3,4 trilyon avroya çatıb: "Bu, məbləği təsəvvür etmək belə çətindir".

Baş nazir artan borcları Fransa iqtisadiyyatı üçün əsas təhlükə adlandırıb və xərclərin azaldılmasına yönəlmiş təcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb. O, həmçinin Fransanın dövlət borcuna xidmət xərclərinin sürətlə artmasına diqqət çəkib. "2026-cı ildə borc üzrə faiz xərcləri 8 milyard avro artacaq. 2027-ci ildə isə heç bir tədbir görülməsə, bunun üzərinə daha 10 milyard əlavə olunacaq. Əgər biz heç nə etməsək, 2029-cu ilə qədər bu xərclərin məbləği ildə 100 milyard avroya çatacaq".

2024-cü ildə borcun xidmət dəyəri 59 milyard avro təşkil edib.

F.Bayru həmçinin əlavə edib ki, Fransada büdcə balanssızlığı 50 ildən artıqdır ki, davam edir və bu, qəbuledilməzdir. "Fransanın sonuncu balanslaşdırılmış büdcəsi 1974-cü ildə təqdim edilib, bu barədə düşünmək belə çətindir".

Seçilən
18
1
teleqraf.com

2Mənbələr