AZ

Kəlbəcərdə mina partladı - Hərbçimiz YARALANDI

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

 

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, minaya düşən şəxsin hərbçi olduğu bildirilir.

Seçilən
0
14
modern.az

10Mənbələr