AZ

İsrailin ekspansiyası, Avropanın Fələstinə dəstəyinin əsl səbəbləri

II Dünya müharibəsindən 3 il sonra 1948 ci il Fələstin mandatı ərazisində (1920-1948)

Ərəb və Yəhudi dövlətləri yaradıldı. Az müddət sonra həmin il 14 may tarixində İsrail Respublikası yaradılır. Bu Respublikanın Fələstin ərazisində yaradılması, ərazi bölüşməsində Fələstinə az ərazi verilməsi ərəb ölkələri olan Misir, Suriya, Səudiyyə Ərəbistanı və digərlərini hərbi əməliyyatlara başlamağa vadar edir.

15 may başlayan müharibə 10 mart 1949 cu il İsrailin qalib gəlməsi ilə başa çatır. Bu müharibə ilə Fələstinə düşən ərazilərin əhəmiyyətli hissələri qalib tərəfə keçir.

Ümumiyyətlə, 1956 süveyş böhranı, 1967 6 günlük müharibə, 1973 Yom Kippur savaşlarında ABŞ və Qərb Yaxın Şərqdə hərbi dayaqlar yaratmaq üçün İsrailə texniki və maliyyə cəhətdən yardımlar ilə ərəb koalisiyasının üstünlük əldə etməsinin qarşısını almışlar.

1945 ci il Faşizm məğlub edildikdən sonra Yəhudi əsilli qaçqınların daha rahat və sabit ərazi sayılan torpaqlara köçürülməsi aktual məsələyə çevrilmişdi. Fələstin isə Yəhudilər üçün əsas köçürülmə və dövlət qurulmaya yararlı ərazi hesab edilirdi.

Həmçinin, digər tərəfdən ABŞ və yenicə formalaşan Şimali Atlantika Ölkələri (gələcək NATO) SSRİ nin II Dünya müharibəsində Şərqi Avropada və Balkan yarımadasında yerləşən ölkələrin əksəriyyətini faşizmdən azad edib ardınca sosialist blokuna saldığını, həmçinin, İranda və Yaxın Şərqdə sosializm ideyasının gücləndiyini nəzərə alıb, Şərqi Aralıq Dənizində bölgəyə nəzarəti təmin edəcək dairə yaratmaq üçün ən uyğun modeli İsrail dövlətinin yaradılmasını

seçdilər.

Doğrudan da, SSRİ nin 1960 70 ci illərdə bu bölgələrdə təsiri artmağa başlamış, İsrail Ərəb koalisiyası müharibələrində İttifaq ikinci tərəfin hərbi birləşmələrinə və ölkələrinə açıq dəstək vermiş, müharibələrdə iştirak etmişdir.

Əslində məqsəd Ərəb Ölkələrinə yardım deyil, ABŞ və NATO nun ekspansiyasının qarşısını almaq, sosializm sisteminin bura da gətirilməsi istəyi idi.

Süveyş kanalının tikintisindən sonra Misirdəki bu su kanalının ərazisindən beynəlxalq gəmilər istifadə edərək Aralıq dənizə və ya əksinə Qırmızı dənizə çıxış edərək həmin ölkəyə külli miqdarda gömrük rüsumu gəliri gətirəcəkdi. SSRİ nin ekspansiyası ilə həm kanala bu ittifaq nəzarət edə, həm də Misirlə biznes, maliyyə, quruculuq və digər işlərdə yaxınlaşaraq digər Afrika ölkələrini əməkdaşlığa meyil etdirə bilərdi.

1973 cü ildə Yom Kippur müharibəsi nəticəsində Sinay yarımadasını ələ keçirən

İsrail süveyş kanalının Şərq hissəsini də ələ keçirir, Qahirənin 100 Kilometrliyinədək Suriyanın 500 kvadratkilometr ərazisini tutaraq 32 kilometr məsafəyədək Dəməşqə yaxınlaşdı. Misirlə 1978 ci il ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə İsrail arasında Kemp Deviddə sülh sazişi üçün danışıqlar başlanır müqavilə isə 1979 cu ildə bağlanır. Sinay yarımadası 1980 ci ilədək geri qaytarılır və İsraillə münasibətləri normallaşdırır.

Beləcə, İsrail cənub Şərq sərhədlərinin hərbi müdafiəsini təmin edir.

Bu gün isə İsrail ilə Qəzzada yerləşən Həmas qruplaşması arasında gedən müharibədə ABŞ Tel Əvivə dəstək verir, Avropa Ölkələri isə Fələstin dövlətinin yaradılması üçün çalışır və diplomatik cəhətdən artıq bir neçə dövlət Fələstini tanıyıb (İrlandiya)

Nəzərə alsaq ki, Fələstinin dövlət kimi tanınması və beynəlxalq cəhətdən tanınan ərazilərinin müəyyən edilməsi ilə münaqişə də bitəcək. Beləcə, buradan Avropaya qaçqın axını baş verməyəcək. Ukrayna müharibəsi ilə kütləvi miqrant qəbul edən Qitə ikinci münaqişə dairəsindən axın istəmir deyə Fələstinin dövlət olaraq tanınmasına dəstək verir.

Həmçinin, İsrailə qarşı tənqidi mövqedə çıxış edərək onun regionda hərbi əməliyyatlar aparmasını istəmir çünki, belə olarsa Suriya, Livan kimi ölkələrdə münaqişələr nəticəsində miqrant axını yarana və yaşam üçün Avropaya axın edə bilərlər.

Müəllif: Siyasi şərhçi - İsa İsmayılov

Seçilən
9
1
turkustan.az

2Mənbələr