UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları start götürüb.
90deqiqe.Az-ın məlumatına görə, bu mərhələdə Azərbaycan çempionu "Qarabağ" səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb.
"Todor Proeski" stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 18-ci dəqiqədə Toral Bayramov penaltidən vurub.
Qeyd edək ki, cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.