AZ

Türkiyədə 7 ayda ilk dəfə 100 mindən çox elektrikli avtomobil satılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə 7 ayda ilk dəfə 100 mindən çox elektrikli avtomobil satılıb.

Banco.azxəbər verir ki,Türkiyədə elektrikli avtomobil satışları ilin ilk 7 ayında 103 min 310-a çataraq ilk dəfə 100 mini keçib.

Avtomobil Dağıtıcıları və Mobillik Dərnəyinin (ODMD) məlumatlarına görə, bu ilin ilk 7 ayında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə %6,7 artaraq 572 min 198, yüngül kommersiya avtomobili satışları isə %5,8 artaraq 143 min 497 olub.

Bu dövrdə Türkiyə avtomobil bazarında:

  • 266 min 95 benzinlə işləyən avtomobil,

  • 153 min 363 hibrid avtomobil,

  • 45 min 678 dizel avtomobil və

  • 3 min 752 qazla işləyən avtomobil satılıb.

Yalnız elektriklə işləyən, tam elektrikli avtomobil satışları isə 102 min 160 olaraq qeydə alınıb.

Benzinli generatorla batareyanın şarj edildiyi və hərəkətin elektrik mühərriki ilə təmin olunduğu "uzadılmış məsafəli" sistemlərə malik nəqliyyat vasitələri də əlavə edildikdə, elektrikli avtomobil satış sayı 103 min 310-a yüksəlib. Beləliklə, elektrikli avtomobil satışları ilk dəfə 100 mini keçmiş olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
16
banco.az

1Mənbələr