"Lui̇za Rozova atasının zorakılığına və Rusiya rejiminə qarşı ilk dəfə açıq mövqe sərgiləyib..."
Rusiya hakimi Vladimir Putinin qeyri-rəsmi qızı hesab edilən Lui̇za Rozova (əsl adı Elizaveta Krivonoqix) illərdir susqunluq içində yaşadığı həyatının sükutunu pozan bir paylaşım ilə damğa vurub.
Moderator.az xəbər verir ki, bu barədə "bild.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, Parisdə mühacirətdə yaşayan 22 yaşlı gənc qadın sosial şəbəkələrdə yayımladığı emosional postunda nəinki öz şəklini, həm də uzun illər içində saxladığı acılarını ictimailəşdirib.
"Yenidən çöhrəmi dünyaya göstərmək çox gözəldir. Bu, mənə hər gün kim olaraq doğulduğumu və həyatımı kimin məhv etdiyini xatırladır. O, milyonlarla insanın ölümünə səbəb olub və mənim həyatımı da darmadağın edib", - o yazıb.
Putinin adını birbaşa çəkməsə də, paylaşım dərhal ictimaiyyətin diqqətini çəkib və hər kəsin fikri eyni yerə yönəlib: söhbət məhz Rusiya prezidentindən gedir.
Krivonoqix- Rozova - Rusiya elitlərinin qaranlıq tərəfi
Lui̇za Rozova 2003-cü ildə Sankt-Peterburqda anadan olub. Anası Svetlana Krivonoqix 90-cı illərdə Putinə yaxın şəxs kimi tanınıb. İddialara görə, bu münasibətdən Lui̇za dünyaya gəlib. Onun doğum şəhadətnaməsində ata adı göstərilmir, lakin "Vladimirovna" atasının kimliyinə açıq işarədir. Rozova uzun illər sadəcə lüks həyat tərzi ilə gündəmə gəlsə də, 2022-ci ildən sonra o da dəyişib.
Rusiyanın Ukraynaya hücumundan sonra Lui̇za ölkəni tərk edib və Parisdə yeni bir həyat qurub. Orada incəsənət təhsili alıb, DJ və modelyer kimi fəaliyyət göstərib, muharibə əleyhinə sərgilərinə qatılıb. Eyni zamanda, Rusiyanın elit həyat tərzinə qarşı çıxış edərək, təbii və sadə geyimlərin həqiqət daşıyıcısı olduğunu vurğulayıb; "Markasız kətan köynək, dizayner ipək libasdan daha çox həqiqət aşılayır".
Tənqid və nifrət dalğası
2022-ci ildən bəri Rozova sosial şəbəkələrdə ciddi hücumlara məruz qalıb. Mühacirətdəki rusiyalı rəssamlar onu "rejimin qurbanı" və ya "rejimlə bağlı şəxs" kimi qəbul edərək, sərgilərdən uzaq tutmağa çalışıblar. Bu reaksiyalara cavabında Rozova sual verir: "Mən ailəmin etdiklərinə görəmi məsuliyyət daşıyıram? Onlar məni eşitmir belə...". O, həmçinin Rusiyanı və rus xalqını sevdiyini, amma müharibəyə nifrət etdiyini bildirib: "Ağrıya, ölümlərə və bu faciəyə nifrət edirəm. Bunu hamı bilsin!"
Putin və ailəsi: Sirrin içində bir ömür
Putinin şəxsi həyatı həmişə gizlilik pərdəsi altında olub. Rəsmi olaraq keçmiş həyat yoldaşı Lyudmila ilə iki qızı - Mariya və Yekaterina var. Lakin jurnalist araşdırmaları onun keçmiş gimnast Alina Kabayeva ilə də birgə uşaqları ola biləcəyini iddia edir. Lui̇za Rozova isə "üçüncü qız" kimi təqdim olunur. Araşdırmalar onun Putinə bənzərliyinin 70 faizdən çox olduğunu göstərib.
Rozovanın həyatının bu nöqtəyə gəlib çıxması təkcə fərdi faciə deyil, həm də Putinin qurduğu sistemin ailəsinə belə necə ağır təsir etdiyini ortaya qoyur. Artıq o, sadəcə səssiz qalmaqdan imtina edir və öz simasını, həm də mövqeyini dünyaya göstərir.
Lui̇za Rozovanın açıqlamaları Rusiyanın siyasi elitası içində böyüyüb, sonradan həmin sistemin qurbanına çevrilən bir gəncin daxili qırılmasını əks etdirir. O, nəinki özünə aid kimliyi tapmağa çalışır, həm də atasının mirasına qarşı içində gedən savaşla mübarizə aparır.