AZ

Öncə həbs olundu, sonra cərimələndi: Qırmızı kitab”a düşən quşların ovlanmasına görə 5000 manat...

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşı “Qırmızı kitab”a düşmüş quşları ovlamaqda ittiham edilərək həbs olunub, lakin bir müddət sonra azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, 1966-cı il təvəllüdlü Ş.Abbasov Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib. Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. O, özünü təqsirli bilsə də, cəzasının dəyişdirilməsini istəyib. Bu məqsədlə apellyasiya şikayəti verib.

İttihama əsasən, o, Kürdəmir rayonu ərazisində ov tüfəngi ilə ovlanması tamamilə qadağan edilmiş bəzgək quşlarını ovlayıb. Ümumilikdə 6 ədəd quşun vurulduğu, hər birinin qiymətinin də 330 manat olduğu bildirilir.

İstintaqın hesablamasına görə, “Qırmızı kitab”a düşmüş quşların ovlanması nəticəsində təbiətə ümumilikdə 1980 manat ziyan dəyib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər dəniz Neft donanmasının gəmisində mexanik işləyən Ş.Abbasov xahiş edib ki, ona verilən azadlığı məhdudlaşdırılması cəzası cərimə ilə əvəz olunsun. Onun vəkili bildirib ki, ailənin yeganə qazanc gətirənidir. İttiham olunduğu maddədə alternativ cəza olaraq, cərimə cəzası da nəzərdə tutulub.

Apellyasiya məhkəməsi onun şikayətini təmin edərək, Kürdəmir Rayon Məhkəməsinin hökmünü dəyişib. “Qırmızı kitab”a düşmüş quşların ovlanmasına görə ona 5000 manat cərimə cəzası verilib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr