AZ

Rusiya İsrailə TƏQDİMAT GÖNDƏRDİ: Avtomobilin hücuma məruz qalması...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Fələstin Milli Administrasiyasının Rusiya missiyasının avtomobilinə edilən hücum Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov deyib.

Diplomat bildirib ki, iyulun 30-da Qüds yaxınlığında Rusiya nümayəndəliyinin rəsmi avtomobili hücuma məruz qalıb. Maşına ciddi ziyan dəyib.

“Biz bu insidenti 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Bu konvensiya ev sahibi dövlətdən xarici nümayəndəliklərin mülkiyyətinin toxunulmazlığı prinsipinə riayət etməyi tələb kimi qoyur. Rusiyanın Təl-Əvivdəki səfirliyi tərəfindən İsrail hakimiyyətinə müvafiq təqdimat göndərilib”, – Zaxarova vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
globalinfo.az

1Mənbələr