AZ

Göyərtəsində Vitkoffun olduğu təyyarə havaya qalxdı

Göyərtəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun ola biləcəyi təyyarə ABŞ -dan yola düşüb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a hava hərəkətinə nəzarət dairələri məlumat yayıb.

"Vhitkoffun göyərtəsində olduğu güman edilən təyyarə ABŞ-dan yola düşüb", - agentliyin mənbəsi bildirib.

Avqustun 5-də "Bloomberg", Rusiya tərəfinin Ukrayna ilə qarşılıqlı hava barışığı bağlamaq imkanını nəzərdən keçirdiyini iddia edib. Nəşr qeyd edib ki, bu danışıqlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının Vitkoffun Moskvaya səfəri öncəsi güzəştlərindən birinə çevrilə bilər .

Seçilən
20
publika.az

1Mənbələr