AZ

Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq

Bakı. Trend:

1998-ci il dünya çempionatı və 2000-ci il Avropa çempionuZinəddin Zidan 2026-cı il dünya çempionatından sonra futbol üzrəFransa milli komandasının baş məşqçisi olacaq.

Trend-in məlumatına görə, bu barədə "RMC" telekanalınınjurnalisti Jilber Brisbua xəbər verib.

"Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra bizdə Zidan olacaq.Hər şey həll olundu, bu, çox sevindiricidir!" - deyə Brisbuabildirib.

Qeyd edək ki, yanvarda "Reuters" agentliyi Fransa FutbolFederasiyasına istinadən xəbər verib ki, Didye Deşam Kanada, ABŞ vəMeksikada keçiriləcək 2026-cı il dünya çempionatından sonra millikomandanın baş məşqçisi postunu tərk edəcək.

Seçilən
16
2
az.trend.az

3Mənbələr