Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Referans APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
Teleqraf-ın xəbərinə görə, Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçidir (MAXE).
Qeyd edilib ki, Goranboy rayon sakini olan E.Tanrıverdiyev üç ildən artıqdır MAXE kimi xidmət edir.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta