AZ

Türkiyədə jandarm əməkdaşlarına hücum edən 8 nəfər saxlanılıb

Türkiyənin jandarm əməkdaşlarına hücum olub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə İzmirin Torbalı rayonunda qeydə alınıb.

Məlumata görə, çayxanada bir qrup şəxs uca səslə danışaraq ətrafdakıları narahat edib. Patrul xidmətini həyata keçən jandarm əməkdaşları onların daha əvvəl hansısa cinayət əməllərində iştirak edib-etmədiklərini müəyyənləşdirmək üçün prosedur qaydanı icra etmək istəyərkən hücuma məruz qalıblar. Bundan sonra əraziyə çoxlu sayda jandram əməkdaşı cəlb olunub.

Hadisə ilə bağlı səkkiz şübhəli saxlanılıb. Daha iki şübhəli isə hadisə yerindən qaçıb, onların axtarışları davam edir.

Təhlükəsizlik kameralarına baxış zamanı şübhəlilərin jandarm əməkdaşlarına zərbə endirmələri, onlardan birini ölümlə hədələməsi məlum olub.

Seçilən
26
2
report.az

10Mənbələr