AZ

Blogerlərin müzakirə yaradan reklam QİYMƏTLƏRİ

"APA TV" ölkədə fəaliyyət göstərən blogerlərin instaqramda reklam paylaşmaq üçün aldıqları məbləğlərlə bağlı süjet yayımlayıb.

Demokrat.azxəbər verir ki, blogerlərin reklam üçün aldıqları məbləğ hekayə və post bölmələrində paylaşılmasına görə fərqlənir. Rəqəmlər 1500-5000 manat arasında dəyişir.

Belə ki, Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva hekayə bölümündə reklam paylaşmaq üçün 2500 manat istəyir. Əgər reklam post şəklində olacaqsa, o zaman reklamverici 5000 manat ödəməlidir. Müğənni Aysun İsmayılovanın instaqram hesabında bu qiymətlər 1500-5000 manat olaraq dəyişir. Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədova hekayədə paylaşılacaq reklam üçün 1000-1500 manat, post şəklində isə 3500 manat tələb edir. Bir digər bloger Asya Aslanovanın reklam üçün istədiyi məbləğ isə 1500-3500 manatdır.

Qiymətlər sosial media izləyicilərinin müzakirəsinə səbəb olub.

 
Seçilən
10
demokrat.az

1Mənbələr