Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna lideri Vladimir Zelenski Donald Trampla telefon danışığında ABŞ-ın dərhal atəşkəs təklifini dəstəklədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna lideri bunu Teleqram hesabında bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ prezidenti cəbhə xəttindəki mövcud vəziyyəti, o cümlədən Rusiyanın hücumlarının intensivləşməsini yaxşı bilir. Ukrayna tərəfi hərbi əməliyyatlara son qoymaq üçün müxtəlif üsulları, o cümlədən əvvəllər təklif edilmiş “səmada səssizlik” variantını nəzərdən keçirməyə hazırdır.
“Biz ABŞ-ın dərhal atəşkəs təklifini tam dəstəkləyirik”, - deyə Zelenski bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.