AZ

Zelenski ABŞ-ın atəşkəs təşəbbüsünü dəstəkləyir

Ukrayna lideri Vladimir Zelenski Donald Trampla telefon danışığında ABŞ-ın dərhal atəşkəs təklifini dəstəklədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna lideri bunu Teleqram hesabında bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ prezidenti cəbhə xəttindəki mövcud vəziyyəti, o cümlədən Rusiyanın hücumlarının intensivləşməsini yaxşı bilir. Ukrayna tərəfi hərbi əməliyyatlara son qoymaq üçün müxtəlif üsulları, o cümlədən əvvəllər təklif edilmiş “səmada səssizlik” variantını nəzərdən keçirməyə hazırdır.

“Biz ABŞ-ın dərhal atəşkəs təklifini tam dəstəkləyirik”, - deyə Zelenski bildirib.

Seçilən
9
1
operativmm.az

2Mənbələr