AZ

"iPhone 17" seriyası nə vaxt təqdim olunacaq?

“Apple” şirkətinin növbəti güclü modeli olan "iPhone 17" seriyasının təqdimatına sayılı günlər qalır. Şirkətin əvvəlki illərdə tətbiq etdiyi təqdimat cədvəlinə əsasən, "iPhone 17" seriyasının da sentyabrın ikinci həftəsində təqdim olunacağı demək olar ki, dəqiqdir. Yeni seriyada dörd fərqli modelin təqdim ediləcəyi gözlənilir: "iPhone 17", "iPhone 17 Air", "iPhone 17 Pro" və "iPhone 17 Pro Max".

“Apple” son illərdə hər ilin sentyabr ayında keçirdiyi təqdimat tədbirləri ilə istifadəçiləri buna alışdırıb. Xüsusilə 2021-ci ildən etibarən sentyabrın ikinci həftəsi “Apple” üçün demək olar ki, ənənəyə çevrilib. Bu səbəbdən "iPhone 17" seriyasının da 9–12 sentyabr 2025 tarixləri arasında təqdim olunması ehtimal olunur.

Valyuta.az son 5 ilin "iPhone" təqdimat tarixlərini təqdim edir:

"iPhone 12" – 13 oktyabr 2020 (pandemiya səbəbindən gecikmişdi)

"iPhone 13" – 14 sentyabr 2021

"iPhone 14" – 7 sentyabr 2022

"iPhone 15" – 12 sentyabr 2023

"iPhone 16" – 9 sentyabr 2024

Bu siyahıdan da göründüyü kimi, “Apple” pandemiyadan sonra təqdimatlarını sentyabrın ikinci həftəsinin çərşənbə axşamı günü keçirir. Bu il də şirkətin rəsmi açıqlama verməməsinə baxmayaraq, 9–12 sentyabr tarixləri arasında təqdimat olacağı texnoloji ictimaiyyət tərəfindən real ehtimal kimi qəbul olunur.

Seçilən
4
1
demokrat.az

2Mənbələr