"Report"un məlumatına görə, bunu NASA-nın rəhbəri vəzifəsini icra edən, ABŞ-nin nəqliyyat naziri Şon Daffi pilotsuz aparatların tənzimlənməsinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ayda nüvə enerjisindən istifadə dayanıqlı infrastruktur yaradacaq və gələcək Ay bazasını enerji ilə təmin edəcək. "Qulaq asın, bu yeni konsepsiya deyil. Bu, Donald Trampın birinci prezidentlik dövründə, sonra Cozef Baydenin dövründə müzakirə olunub. Biz yarışdayıq - Ay yarışında, Çinlə yarışdayıq. Ayda bazaya sahib olmaq üçün bizə enerji lazımdır", - NASA rəhbəri vurğulayıb.
Daffi qeyd edib ki, Ayın günəş işığı və buz yataqları olan ərazisi xüsusilə perspektivlidir. "Biz ora birinci çatmaq və Amerika üçün bu ərazini tutmaq istəyirik", - o deyib.
4Mənbələr
-
icma.azNASA: ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir ( 20055612)
-
demokrat.azNASA: ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir ( 20055294)
-
azpolitika.info“ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir” NASA ( 20055096)
-
report.azNASA: ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir ( 20055021)